“Rusiyadan Qarabağdakı separatçı-terrorçular üçün göndərilən silah və sursat İran üzərindən İrəvan aeroportuna çatdırılması və daha sonra isə oradan maşınlarla Laçın dəhlizindən keçirtməklə Xankəndiyə daşınması barədə mediada xəbərlər yayılıb. Əgər doğrudan da, o humanitar yardımdırsa, niyə avto nəqliyyat və digər yollarla daşınmır? Niyə məhz onlar təyyarələr vasitəsilə daşınmalıdır? Yəni, burada buvə ya digər hallar mövcuddur. Düşünürəm ki, Azərbaycan tərəfi də bunu çox ciddi şəkildə izləyir və nəzarət edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, dost olmayan dövlətlər birmənalı şəkildə Azərbaycanın apardığı siyasətə zidd olaraq hərəkətlər edir.
“Ermənistanın İranla hərbi tərəfdaş olması heç kəsə sirr deyil. Çox təəssüf ki, edirik ki, İran Ermənistana bu işdə dəstək olur. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsində İran dronlardan istifadə olunması ilə bağlı Ukrayna tərəfi də bəyanat verdi. Azərbaycanın Qarabağ bölgəsinə də silahların daşınması ilə bağlı bir sıra faktlar mövcuddur. Biz bir daha qeyd etmək istəyirik ki, biz sülhlə bağlı 5 təklifimizi irəli sürmüşük və bu istiqamətdə də addımlarımızı atırıq. Delimitasiya və demarkasiya ilə bağlı komissiyanın işində iştirak edirik. Nazirlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Yəni, bütün bunlar onu göstərir ki, dostu olmayan dövlətlər birmənalı şəkildə Azərbaycanın apardığı siyasətə zidd olaraq hərəkətlər edirlər. Bu, çox təəssüf doğurur. Ancaq əsas məsələ ondan ibarətdir ki, biz hər şeyə hazırıq və hər şeyə nəzarət edirik. Bizim də dost olan dövlətlərimiz bunu başa düşür və Azərbaycanın ərazi bütövlüyünə, müstəqiliyinə hər hansı bir atılan addım qarşısında Azərbaycanı və onların dostlarına görəcəklər”.
Aynurə Demokrat.az


