“Rusiya hakimiyyəti bu yaxınlarda bir açıqlama verdi ki, səfərbərliyə 300 min nəfər planlaşdırılmışdısa, artıq 500 min insan səfərbərliyə cəlb edilib. Artıq bunların keyfiyyəti haqda danışmaq olmaz. Çünki çağırılanların bir çoxu ictimaiyyətin ən aşağı səviyyələrində olan insanlardır”.
Demokrat.azxəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində siyasi şərhçi Fuad Abbasov deyib. 
Siyasi şərhçi hesab edir ki, insanların indiki etirazları əvvəlki vaxtlardan fərqlənir:
“İndi isə etiraz aksiyaları o cangüvənliyini qorumaq üçün həyata keçirilir. İnsanlar özünü fikirləşir, ölkəni deyil, xarici siyasəti deyil, müharibəni deyil, ukraynanı deyil, özünü fikirləşir. Ki, özünüz bilərsiniz, məni niyə öldürürsünüz? Mən gedib ölmək istəmirəm. Gizli səfərbərliyə etiraz olunur”.
Zamiq Demokrat.az

