Ukrayna Prezidenti Volodimir Zelenskinin təyin etdiyi ekspert qrupunun hazırladığı hesabatda Rusiya ordusunun "Google", "Apple", "Meta" və "Microsoft" kimi texnologiya nəhənglərinin təqdim etdiyi xidmətləridən istifadə edildiyi məlum olub. Demokrat.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andri Yermak və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Maykl Makfolun birgə təsis etdiyi Yermak-Makfaul Beynəlxalq Ekspert Qrupunun hesabatında açıqlanıb.
Tədqiqat iddia edirdi ki, smartfonlar, mobil əməliyyat sistemləri və bulud xidmətləri kimi texnologiyalar Rusiya hökuməti tərəfindən "döyüş meydanında rabitə və real vaxt kəşfiyyatı" üçün istifadə olunur.
Hesabatda elektron poçt, məzmun paylaşma və təhlükəsiz kommunikasiya texnologiyaları ilə yanaşı, sosial media platformalarının da Rusiya tərəfindən dezinformasiya məqsədilə istifadəsi təsdiələnib.
Ekspertlər informasiya texnologiyalarının Rusiyanın təşkil etdiyi kiberhücumları asanlaşdırdığına diqqət çəkiblər:
"Rusiya ordusunu idarə etmək, silahlarını atəşə tutmaq, müşahidə missiyalarını həyata keçirmək, informasiya məkanına nəzarət etmək, Ukraynada mülki və kiber infrastruktura hücum etmək və öz infrastrukturunu qorumaq üçün xarici informasiya texnologiyaları xidmətlərindən istifadə edir".
Jalə Demokrat.az


