Sosial

Deputat: “Kibertəhlükəsizliklə bağlı büdcədən ayrılan vəsait azlıq təşkil edir”

Deputat: “Kibertəhlükəsizliklə bağlı büdcədən ayrılan vəsait azlıq təşkil edir”

“Müasir dövrdə əsas çağırışlardan biri kibertəhlükəsizlikdir. Azərbaycanda da bu sahə ilə bağlı mühüm işlər görülür. Lakin kibertəhlükəsizliklə bağlı büdcədən ayrılan vəsait azlıq təşkil edir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.

O bildirib ki, əgər 10 il əvvəl cinayətlər normal həyatda baş verirdisə, indi bunlar virtual məkanda cərəyan edir: “Kibertəhlükəsizliklə bağlı xərclərin və kadrların artırılmasına ehtiyac var”.

N.Həmzəyev həmçinin söyləyib ki, Azərbaycanda şirin su ehtiyatları azalır: “Lakin hələ də şirin sudan səmərəli istifadə ilə bağlı layihələrin icra olunmasının şahidi olmuruq. Şirin suyun səmərəli istifadəsi ilə bağlı xüsusi dövlət proqramları icra edilməlidir”.

D
demokrat.az