"Bu gün bazarda ərzaq məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının qiymətləri də artır və bununla da inhisarçlılıq öz sözünü deyir".
Demokrat.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Gənclər deyib.
Onun sözlərinə görə, regionlarda kənd təsərrfüatı məhsullarının qiyməti 5 dəfə ucuzdur, amma Bakıda bahadır:
“Maliyyə orqanları bu sahədə fikirləşməlidirlər, çünki qiymətlərin bahalaşması həm sahibkarların ziyanınadır, həm də insanların rifahını aşağı salır”.


