Avropa Liqasının qrupunu 3-cü pillədə tamamlayıb, turnirdə mübarizəni başa vuran "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri bəlli olub.
Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasında “səpələnməmişlər” səbərində yer alıb.
Qeyd edək ki, püşkatma noyabrın 7-də baş tutacaq.
Səpələnmişlər ("Qarabağ"ın potensial rəqibləri): “Anderlext” (Belçika) “Bazel” (İsveçrə) “CFR Kluj” (Rumıniya) “Dnepr-1” (Ukrayna) “Fiorentina” (İtaliya) “Gent” (Belçika) “Lex” (Polşa) “Partizan” (Serbiya)
Səpələnməmişlər: AEK (Larnaka, Kipr) “Budo Qlimt” (Norveç) “Braqa” (Portuqaliya) “Latsio” (İtaliya) “Ludoqorets” (Bolqarıstan) “Qarabağ” (Ağdam, Azərbaycan) “Şerif” (Moldova) “Trabzonspor” (Türkiyə)
/offsideplus.az/


