İstanbulda Atatürkün abidəsinə hücum edən şəxs haqqında qərar verilib.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, ötən gün saat 17:00 da Mərkəz Səmtindəki Namik Kamal ilə Mərmərə küçəsinin kəsişməsində yerləşən Mustafa Kamal Atatürkün abidəsinə silahlı hücum olub.
Belə ki, bir nəfər əlindəki balta ilə abidəyə zərbələr vuraraq onu zədələyib.
Daha sonra baltanı abidəyə tərəf atan şəxsi ərazidəki polis əməkdaşları saxlayıb.
Məhkəməyə çıxarılan sözügedən şəxs məhkəmə qərarı ilə Ruh və Sinir xəstəlikləri xəstəxanasına göndərilib.
Rza Demokrat.az


