Dünya Özəl

Çexiyada deputatlar Rusiyanın indiki rejimini terrorçu kimi tanıyıblar

Çexiyada deputatlar Rusiyanın indiki rejimini terrorçu kimi tanıyıblar

Çexiyalı deputatlar Rusiya Federasiyasınınsiyasi rejiminiterrorçu rejim kimi tanıyıblar.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, üvafiq qətnaməni 14 deputatdan 12-si dəstəkləyib.

Bubarədə Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi qərar verib. “Xarici Əlaqələr Komitəsi Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə uyğun olaraq hazırkı Rusiya rejimini terrorçu rejim kimi qəbul edir”, - qətnamədə deyilir.

Bundan əlavə, sənəd Ukraynadakı müharibəni pisləyir.

"Zaporojye atom elektrik stansiyasının ərazisində hərbi hissələrin atəşə tutulması mülki əhali üçün təhlükədir. Nüvə silahından istifadə ilə bağlı birbaşa və ya dolayı hədələr, kütləvi qırğın silahlarından istifadənin planlaşdırılması Avropanın təhlükəsizliyinə təhdiddir”, - deputatlar bildiriblər.

Leyla Demokrat.az

D
demokrat.az