Gündəm

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin hökmü ləğv edilib

Tərtər işi üzrə həbs edilmiş daha 7 nəfərin hökmü ləğv edilib

"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin işi ilə bağlı apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.(APA)

D
demokrat.az