“Son zamanlar İran açıq və gizli şəkildə antiazərbaycan fəaliyyətini genişləndirməkdədir. Heç kəsə sirr deyil ki, İran 90-cı illərdə torpaqlarımızın işğal olunmasında Ermənistana gizli formada dəstək vermişdir. Hətta, Şuşanın işğal olunmasında İranın hansı rol oynadığını yaxşı bilirik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, İran Ermənistanı açıq şəkildə dəstəkləməklə, antiazərbaycan fəaliyyəti ilə məşğul olmaqdadır.
“Azərbaycan hər zaman yaxın qonşu olaraq İranı dəstəkləyib və antiiran siyasətinə qoşulmayıb. Biz hazırda İranın açıq-aydın Azərbaycanın qələbəsinə qıcıqlandığını, bölgədə sülhün yaranmasına mane olan konkret hərəkətlərini izləməkdəyik. 
Millət vəkili əlavə edib ki, ölkəmizdə İran şəbəkəsi ilə bağlı destruktiv qüvvələr Azərbaycan dövlət xidməti tərəfindən izlənilir: “Əgər yenə də belə insanlar və təşkilatlar mövcud olacaqsa, hər biri müvafiq orqan tərəfindən zərərsizləşdiriləcək. Azərbaycan daxilində bu kimi agenturaların mövcud olması qəti yolverilməzdir. Düşünürəm ki, bütün bunların qarşısı qəti addımlarla alınmalıdır”.
Aynurə Demokrat.az


