“Qarabağla bağlı filmin çəkilişinə Mədəniyyət Nazirliyi tərəfindən dəvət olunmuş Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti bu sahədə böyük təcrübəyə malikdir. Ona görə də, bu məsuliyyətli iş onlara etibar edilmişdir“.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
“İşin müəyyən hissəsi icra ediləndən sonra maliyyə çatmamazlığı əsas gətirilərək, çəkilişin yarımçıq saxlanılmasını düzgün hesab etmirəm. Çünki filmin sifarişçisi olan təşkilat şirkətlə müqavilə bağlayanda çəkilişin smetası təqdim olunub və razılaşdırılıb. Özü də film hamımız üçün əziz olan Qarabağla bağlıdır. Hesab edirəm ki, film çəkilişlərin yarımçıq qalmasının əsil səbəbləri açıqlanmalıdır. Əgər bu ancaq maliyyə ilə bağlı məsələdirsə, problem təcilli həll olunmalı və sanballı tarixi bir əsərin meydana gəlməsi üçün dəstək verilməlidir. Hesab edirəm ki, Qarabağla bağlı filmin çəkilişində maliyyə ilə bağlı problem olmamalıdır“.
Aynurə Demokrat.az


