“Niderlandda polis əməkdaşlarının hicab geyinməsinə imkan yaradılması təklif edilib”.
Demokrat.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, Niderland Polis Xidmətinin Ayrı-seçkilik və İrqçiliklə Mübarizə üzrə Milli Koordinatoru Johan Van Rensvoyd bildirib ki, polis məmurlarının xidməti vəzifələrini yerinə yetirərkən hicab və ya digər dini simvollar taxmasına imkan yaradılmalıdır.
V. Rensvoyd, bu yolla polisin hər kəsə məxsus bir təşkilat olduğunu həqiqətini göstərəcəyini vurğulayıb.
O, qeyd edib ki, son qərarı siyasətçilər versələr belə, bu məsələdə mövqeyi polis müəyyənləşdirməlidir.
Niderlandın ədliyyə və təhlükəsizlik naziri Dilan Yeşilgöz Zegerius martda parlamentə yazdığı məktubda polis formasının müzakirəyə açıq olmadığını deyib, polisin dövlət nümayəndəsi kimi tamamilə qərəzsiz olmasına diqqət çəkib.
Niderlandın Ayrı-seçkilik və İrqçiliklə Mübarizə üzrə Milli Koordinatoru isə hökumətin neytrallıq arqumenti ilə razılaşmadığını, polisdə dini simvollardan istifadənin hökumətin peşəkarlığını və qərəzsizliyini azaltmayacağını bildirib.
Qeyd edək ki, Niderlandda polisə vəzifə yerinə yetirərkən dini rəmzləri daşımaq və geyinmək qadağandır.
Jalə Demokrat.az


