İdman

Salyanda Zəfər Kuboku yarışı keçirildi — FOTOLAR

Salyanda Zəfər Kuboku yarışı keçirildi — FOTOLAR

31 oktyabr -01 noyabr 2022-ci il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan şəhər 9 saylı tam orta məktəbin idman zalında 8 Noyabr Zəfər Gününə həsr edilmiş uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Zəfər Kuboku yarışı keçirilmişdir.

İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Şəhidlər azadlıq carçısı, əbədiyyət yolçusudurlar.

Tədbirdə çıxış edən Stolüstü tennis üzrə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi müəllimi Mehman Səmədov qeyd etdi ki, Vətən müharibəsində qazandığımız parlaq qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Sonra yarışın şərtləri və oyun qaydaları haqqında məlumat verildi. Daha sonra yarışa start verildi. Yarışın sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplom, medal və keçici Zəfər Kuboku ilə təltif edildilib.

Salyanda Zəfər Kuboku yarışı keçirildi — FOTOLAR
Salyanda Zəfər Kuboku yarışı keçirildi — FOTOLAR

D
demokrat.az