Region Özəl

Rusiyanın “taxıl saziş"ində iştirakını dayandırması Azərbaycana necə təsir edəcək? — AÇIQLAMA

Rusiyanın “taxıl sazişində iştirakını dayandırması Azərbaycana necə təsir edəcək? — AÇIQLAMA

“Rusiyanın “taxıl sazişi”ndən iştirakını dayandırması provakasiya xarakterlidir. Yəni, Rusiaynın atdığı addım əslində heç bir çərçivəyə sığmır. Guya təhlükəsizlik üçün gəmiləri orada saxlayırlar. Əslinə götürəndə “taxıl sazişi”ni əgər imzalamısansa, orada hər hansı təhlükəsizlik üçün nə edə bilərsən? Ukrayna da taxıl sazişinə maraqlı olan ölkələrdən biridir. Burada məntiqlə götürəndə provakasiya olmalı deyil. Düşünürəm ki, Rusiya taxılından iştirakın dayandırması özünə ziyandır. Fermer əgər taxıl əkirsə, bunu satmalıdır. Hesab edirəm ki, Rusiyanın atdığı addım birbaşa özünə ziyandır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib. Azərbaycan gəldikdə isə iqtisadçı hesab edir ki, hansısa qıtlığın yaranacağı gözlənilmir.

Rusiyanın “taxıl sazişində iştirakını dayandırması Azərbaycana necə təsir edəcək? — AÇIQLAMA

“Nəzərə alsaq ki, Azərbaycanın ən çox taxıl idxal etdiyi ölkə Rusiyadır. Ancaq hazırki məqamda ölkəmiz çalışır ki Rusiyanın taxıl asılılığını aradan götürsün və Qazaxıstan taxılına daha çox üstünlük versin. Təsadüfü deyil ki, cənab İlham Əliyevin Orta Asiya ölkələrinə gedib gəlişi artıb. Bu yaxınlarda Əlcəzairə səfərini də onunla əsaslandırmaq olar ki, iqtisadi baxımdan ölkə prezidenti də çalışır ki, Azərbaycanda hər hansı böhran vəziyyəti yaranmasın. Azərbaycan hal-hazırda regionda ən önəmli rolunu oynayır. Bir çox məqamlar da Azərbaycanla razılaşmış şəkildə həyata keçirilir. Rusiyanın atdığı addım bura daxil deyil, amma bəzi addımlar var ki, birbaşa olaraq Azərbaycanın orada rolu böyükdür. Rusiyanın atdığı addım birbaşa olaraq özünə də mənfi təsir edir. Çünki bu sazişdən qazananların biri də Rusiya idi. Rusiyada ola bilsin ki, öz maraqlarını əsas götürməyərək, digər ölkələrə mənfi təsir etmək üçün bu addımı atıb. Başqa məntiqlə əsaslandırılacaq məqsəd yoxdur. Sadəcə olaraq öz maraqlarını yan tərəfə çevirərək, digər ölkələrə təsir etmək üçün bu alətdən istifadə edir”.

Aynurə Demokrat.az

D
demokrat.az