Gündəm Özəl

“İlham Əliyev öz prinsipallığını bir daha nümayiş etdirdi” — TƏHLİL

“İlham Əliyev öz prinsipallığını bir daha nümayiş etdirdi” — TƏHLİL

“Ukrayna hadisələrindən sonra Rusiya Cənubi Qafqazdakı proseslərdə bir qədər kənarda qalmışdı. Soçi görüşünü keçirməklə, Putin regionda “mən də varam” mesajını həm Qafqaz ölkələrinə, həm də ki, Qərb dairələrinı göstərmək niyyəti güdürdü”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, görüşdə cənab İlham Əliyev öz prinsipallığını bir daha nümayiş etdirdi.

“Görüşün nəticələrini başa düşmək üçün bir neçıə nüansa xüsusi diqqət yetirmək lazımdır. Bu görüşdə bizim və Ermənistanın hansı portfellə getməsi daha önəmlidir. Bilirik ki, Nikol Paşinyan Soçiyə 15 təkliflə getsə də, onun heç biri qəbul edilmədi. Beləliklə, Paşinyanın dünən Soçidən narazı qayıtdı. Onun sülhməramlıların vaxtının uzadılması ilə bağlı bəyanatlar səsləndirilməsi də ona kömək etmədi. Cənab İlham Əliyev öz prinsipallığını bir daha Rusiya və Ermənistan qarşısında nümayiş etdirərək Azərbaycan maraqlarının tapdalanmasına icazə vermədi. Nəticə etibarilə görüşdə Qarabağ ifadəsinin olmaması da bunun əyani nümunəsidir”.

“İlham Əliyev öz prinsipallığını bir daha nümayiş etdirdi” — TƏHLİL
“Ümumiyyətlə, bu görüşdən nə nəticələr, nə də ki, hər hansı bir yekun sənədin qəbul edilməsi gözlənilmirdi. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı, Qərb platforması da mövcuddur. Düşünürəm ki, Soçi görüşü də Qərb platformasında əldə edilən razılaşmaların bir qədər səngiməsinə və razılaşmaların dondurulması ilə nəticələnəcəkdi. Çünki Rusiya tərəfi Paşinyanla təkbətək görüşündə Rusiyanın qırmızı cizgilərinin nədən ibarət olduğunu Ermənistan baş naziirnin diqqətinə çatdırdı. Çətin Nikol Paşinyan belə olan təqdirdə Azərbaycanla sülh müqaviləsinə getsin. Bu, birbaşa olaraq bəzi məsələlərin Paşinyanın əlindən çıxması ilə nəticələnər”.

Aynurə Demokrat.az

D
demokrat.az