Sosial

Bu gündən telefon pulu artırılır

Bu gündən telefon pulu artırılır

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.

Bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.

Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.

Qərar bu gündən qüvvəyə minib.

D
demokrat.az