“Xankəndidə baş tutan etiraz aksiyaları ilə birbaşa rus sülhməranlıları tərəfindən təşkil edilib. Məqsəd Azərbaycan və Ermənistan təzyiq etmək və iki dövlətlər arasında sülh müqaviləsinin qarşısını almaqdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, bu etriaz mitinqlərini, o cümlədən bura insanların toplanmasını məhz rus sülhməramlıları Ermənistandan gətirməklə təşkil edib.
“Məqsəd də Qarbağda Rusiyanın varlığını qorumaq, həmçinin də rus sülhməramlıların vaxtını uzatmaqdan ibarətdir. Düşünmürəm ki, rus sülhməramlıları orada hansısa bir təsirliyini qorusun və buranı tərk etsin. Sadəcə olaraq əsas səbəb Azərbaycanı fakt qarşsıında qoymaqla, Brüssel formatına qarşı Xankəndidə erməni dirənişini nümayiş etdirmək idi. Bununla da guya göstərmək istəyir ki, ermənilər Azərbaycan tərkibində yaşamaq istəmirlər. Təbii ki, bu avantüradır və Rusiyanın 1988-ci il ssenarisinə uyğundur. Ümumiyyətlə, Rusiya sülhməramlıları Qarabağda sülh və təhlükəsizliyin təmininə deyil, birbaşa erməni separtizminin inkişafına və burada Azərbayca suverenliyini, təhlükəsizliyini təhdid edən bir faktora çevrilib. Ermənistanda da keçirilən bu etiraz aksiyaları Ermənistanın indiki geosiyasi reallıqlar fonunda əleyhinədir. Ermənistan Rusiyanın bu ssenarisinə dəstək verərsə, ilk növbədə Brüssel və Vaşinqton tərəfindən ciddi təzyiqə məruz qalacaq. Və Ermənistan növbəti mərhələdə yenidən blokadada qalacaq. Bütün baş verən siyasi və hərbi proseslər Azərbaycanın lehinədir. Azərbaycan çalışacaq ki, yenidən prosesləri öz lehinə dəyişsin. Rusiyanın bu son şanslarıdır, son təzyiqləridir ki, belə bir etiraz mitinqlərini təşkil edir. Düşünürəm ki, bundan sonrakı proseslərdə Rusiya qabağa gedə bilməyəcək. Əgər gedərsə, Cənubi Qafqazda geosiyasi mövqeləri daha da zəifləyəcək. Azərbaycan və həmçinin Türkiyə ilə münasibətləri daha da korlana bilər”.
Aynurə Demokrat.az


