“Bu gün Soçidə baş tutacaq üçtərəfli görüş çox mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat diqqətə çatdırıb ki, Azərbaycan tərəfi bu görüşdə qalib tərəf kimi iştirak edir.
“Qeyd edim ki, bizim 10 noyabr sazişindən sülhlə bağlı irəli sürdüyümüz 5 təklifimiz var. Təbii ki, bunların hamısının yerinə yetirilməli və bunların icra mexanizmi ilə bağlı artıq çox mühüm addımlar atılmalıdır. Buna görə də, bu görüşün çox vacib olduğunu düşünürəm. Son vaxtlar Rusiya tərəfinin Amerika Birləşmiş Ştatlarının məhz regionda nüfuz sahibinə çevrilməsi üçün regionda atdığı addımlara qarşı Rusiyanın verdiyi bəyanatlar da ortadadır. Bütün bu proseslərin çözülməsi, konkret olaraq sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya, eyni zamanda Qarabağda baş verən son hadisələr hansı ki, separatçı qüvvələrin fəaliyyəti ilə bağlı bütün bunların həll edilməsinə, eyni zamanda araşdırılmasına çox ciddi ehtiyac var. Düşünürəm ki, Soçi görüşü çox mühüm bir görüş olacaq”.
Aynurə Demokrat.az


