Region

Türkiyə müdafiə sənayesinin yeni zirehli maşını “Yörük” — FOTO

Türkiyə müdafiə sənayesinin yeni zirehli maşını “Yörük” — FOTO

Türkiyə müdafiə sənayesinin 4 ölkəyə ixrac uğuru əldə edən zirehli maşını “Yörük” ilk dəfə nümayiş olunan sağ sükanlı versiyası ilə yeni ixraca hazırlaşır.

Demokrat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türk müdafiə sənayesinin zirehli quru maşını istehsalçılarından olan “Nurol” Makina, SAHA EXPO Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində “Ejder Yalçın” 120 mm-lik minaatan avtomobilini nümayiş etdirib.

Sərgidə ilk dəfə sağdan idarə olunan “Yörük” 4x4 vasitəsi də təqdim edilib.

“Nurol Makina” indiyədək 9 ölkəyə 1200-dən çox “Ejder Yalçın” avtomobili çatdırıb. “Yörük” 4x4 üçün indiyədək 4 ölkə ilə müqavilə imzalanıb.

Türkiyə müdafiə sənayesinin yeni zirehli maşını “Yörük” — FOTO
Visiontv.az

D
demokrat.az