Region

Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR — 25 milyonluq "Ferrari" bu hala düşdü (FOTOLAR)

Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR — 25 milyonluq Ferrari bu hala düşdü (FOTOLAR)

İstanbulda lüks avtomobil salonuna silahlı hücum edilib.

Demokrat.az xəbər verir ki, çox sayda güllənin hədəfi olan son model avtomobilə ciddi ziyan dəyib.

Həmin avtomobilin 25 milyon lirəyə satışda olduğu da açıqlanıb.

Kuruçeşme küçəsində yerləşən lüks avtomobil salonuna gecə saatlarında hücum edənlərin kimliyi hələlik məlum deyil. Salondakı 25 milyonluq lüks avtomobilə çoxlu sayda güllə dəyib. Avtomobil salonunun şüşəsində də 15 güllə dəliyi var.

Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR — 25 milyonluq Ferrari bu hala düşdü (FOTOLAR)
Ərazidə yaşayanların xəbər verməsindən sonra hadisə yerinə polis qrupları sövq edilib. Hadisə yeri araşdırma qrupları avtomobil salonundakı hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Güllələrin hədəfi olan lüks avtomobilin üzəri qapadılıb, salonun pəncərəsi Türkiyə bayraqları ilə bağlanıb.

Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR — 25 milyonluq Ferrari bu hala düşdü (FOTOLAR)
Lüks avtomobil salonunu GÜLLƏLƏDİLƏR — 25 milyonluq Ferrari bu hala düşdü (FOTOLAR)
Musavat.com

D
demokrat.az