Siyasət Özəl

“Quru sərhədlərin bağlı qalması milli təhlükəsizlik baxımından önəmlidir” — AÇIQLAMA

“Quru sərhədlərin bağlı qalması milli təhlükəsizlik baxımından önəmlidir” — AÇIQLAMA

“Quru sərhədlərin bağlı olması ilk növbədə Azərbaycanın koronavirus pandemiyasına qarşı həyata keçirdiyi effektli tədbirlərin bir nəticəsidir. Çünki zaman göstərdi ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirus pandemiyasına qarşı tədbirlər dünya üçün bir nümunədir. Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizəni məhz ilk növbədə xalqımızın milli təhlükəsizliyi elan etmişdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Quru sərhədlərin bağlı qalması milli təhlükəsizlik baxımından önəmlidir” — AÇIQLAMA
Deputat qeyd edib ki, digər səbəb də, ola bilsin ki, təhlükəsizlik məsələləri ilə bağlıdır:

“Quru sərhədlərin bağlı qalması xalqımızın milli təhlükəsizliyi baxımından çox önəmlidir. Çünki dünyada baş verən hadisələr, xüsusən də Rusiya-Ukrayna arasında yaranmış münaqişə, İranın daxilində əhalinin kütləvi etirazlara qalxması, qarşıdurmanın yaranması, İran hakimiyyətinə qarşı ciddi şəkildə narazılığın, iğtişaşların baş verməsi, əlbəttə ki, bütün bunlar Azərbaycanın daha effektli tədbirlər görməsinə zəmin yaradırdı. Çünki dünyada baş verən qlobal hadisələrin fonunda dövlətçiliyimizin, müstəqliyimizin, xalqımızın təhlükəsizliyinin qorunması məsələsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ kimi müəyyənləşdirilmişdir. Görünür, bu məsələlər də təhlükəsizlik istiqamətində atılmış addımların bir tərkib hissəsidir. Bu baxımdan, baş verən hadisələr onu göstərir ki, Azərbaycan dövləti qabaqlayıcı tədbirlər görməklə, istənilən təhdidlərin qarşısının alınması istiqamətində mühüm addımlar atmışdır”.

Aynurə Demokrat.az

D
demokrat.az