Dünya Özəl

Zelenski Ərdoğanı türk dilində təbrik etdi — FOTO

Zelenski Ərdoğanı türk dilində təbrik etdi — FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Cümhuriyyetinin elan edilməsinin növbəti ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı təbrik edib.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna lideri bununla bağlı özünün rəsmi tviter hesabında paylaşıb.

Türk dilində olan paylaşımında Zelenski "Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 99-cu ildönümü münasibətilə təbrik edirəm. Dost Türkiyə xalqına sülh, rifah və firavanlıq arzulayıram.

"İnanıram ki birgə səylərimiz Qara dəniz regionuna sülh, təhlükəsizlik və sabitliyi yenidən qaytaracaq" - deyə bildirib.

Zamiq Demokrat.az

D
demokrat.az