Xarici siyasət

Azərbaycan lideri: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində özünü göstərməsi bizi çox sevindirir"

Azərbaycan lideri: Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində özünü göstərməsi bizi çox sevindirir

"Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir".

Demokrat.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Əminəm ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - məktubda vurğulanıb.

Bizim Twitter səhifəmizə abunə olun

D
demokrat.az