Ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib. Xalq yazıçısı Anar birliyin yenidən sədri seçilib.
Lakin qurultay zamanı jurnalistlərXalq yazıçısı, AYB-nin sədr müavini Çingiz AbdullayevəYazıçılar Birliyinə qurultaya görə ayrılan vəsaitlə bağlı suallar ünvanlayarkən o, qarşı tərəfi təhqir edib. Jurnalistin ünvanına ağır ifadələr işlədib. Məsələ iki gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.
Manset.az baş verən bu qalmaqalla bağlı məsələnidiqqətdə saxlayıb. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdulayevin təhqir etdiyi jurnalistə “biz rayonlardan gələn nümayəndələrə, bölmə rəhbərlərinə yolpulu vermişik” ifadəsi ilə bağlı araşdırma edib. Məlum olub ki, birliyin bir sıra rayon nümayəndələri qurultayda iştirak etməyiblər. İştirak edənlər isə öz hesablarına, şəxsi maşınları ilə gəliblər.
Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin rəhbəri Fikrət Aslan: 
“Mən qurultayın vaxtını unutmuşdum. Yadımdan çıxmışdı deyə iştirak etməmişəm. Həmin vaxt zəng etdilər, dedim ki, bağışlayın, yaddan çıxarmışam. Onlar da məni başa düşüblər”. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli: 



