"İrana demək istəyirik ki, öz xalqınızı öldürməyi və ukraynalıları öldürmək üçün Rusiyaya silah göndərməyi dayandırın" Demokrat.az Tgrthaber-ə istinadən xəbər verir ki, bu sözləri mətbuat konfransında Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi deyib: "Biz bilirik ki, Rusiya etirazçılara qarşı çıxmaq üçün İrana hansısa formada kömək etməyi düşünür. Təəssüf ki, Rusiyanın bu məsələdə təcrübəsi var. İran və Rusiya nə qədər təcrid olunurlarsa, bir o qədər də yaxınlaşırlar".
Kirbi həmçinin bildirib ki, Rusiyanın Ukraynaya qarşı hər hansı nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur.
Jalə Demokrat.az


