“Mən Bakıda olmadığım üçün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında iştirak etmədim”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.
“Xalq yazıçısı Anar Rzayevin də növbəti dəfə AYB-nin sədri seçilməsi barədə məlumatı mediadan əldə etdim. Onun seçilməsinə heç bir münasibətim yoxdur. Sosial şəbəkələrdən əldə etdiyim məlumata görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən qurultay çox gərgin keçib və o qədər də prosedurlara əməl edilməyib. Bu haqda dəqiq məlumat verə bilmərəm. Ümumiyyətlə, mən ədəbiyyatda bölgünü düzgün hesab etmirəm ki, bu gəncdir, qocadır. Amma bir şey var ki, idarəçilikdə demokratik prinsiplər həmişə nəzərə alınmalıdır”.
Aynurə Demokrat.az


