Region Özəl

Putin Ukrayna ilə danışıqlara Afrika prezidentlərini qoşur

Putin Ukrayna ilə danışıqlara Afrika prezidentlərini qoşur

"Rusiya Prezidenti Vladimir Putin sizinlə danışıqlara getməyə hazırdır".

Demokrat.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Qvineya-Bisau Prezidenti Umar Sissoko Embalo həmkarı Volodimir Zelenski ilə görüşündə deyib.

Zelenski isə bildirib ki, "danışıqlara hazır Putin" ukraynalılara 400 uçuş aparatı ilə zərbələr endirib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Ukrayna İsraillə kəşfiyyat və müdafiə sahəsində əməkdaşlığa başlayıb:

“Biz əməkdaşlığımızın başlanğıcındayıq. İsraillə münasibətlərdə müsbət tendensiya var. Mən buna görə minnətdaram”, - deyə Ukrayna prezidenti bildirib.

Zamiq Demokrat az

D
demokrat.az