Gündəm Özəl

“Çingiz Abdullayev sualı çox normal cavablandırır” — Qulu Məhərrəmli

“Çingiz Abdullayev sualı çox normal cavablandırır” — Qulu Məhərrəmli

“Prinsipcə bütün suallar doğrudur və jurnalistə heç bir sualı vermək qadağan deyil. Amma əsaslı və situasiyanı qiymətləndirərək verilən sual daha effektli olur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası idarə heyətinin etika komissiyasının sədri Qulu Məhərrəmli deyib.

“Bu situasiyada da xalq yazıçısı Çingiz Abdullayev sualı çox normal cavablandırır və çox da səmimi cavab verir. Ancaq sonrakı dirəşmələr əlbəttə ki, situasiyanı və dialoq tərzini tamamilə dəyişdi. Mən də bundan ancaq təəssüf edirəm. Hesab edirəm ki, hər şeyi məqsəd müəyyənləşdirir. Əgər qarşınızdakı adam sizə doğurdan da normal və çox ürəkdən, səmimi cavab verirsə, onu qıcıqlandırmaq doğru reaksiya deyil. Ona görə burada əlbəttə ki, Çingiz müəllim hövsələli olsaydı, daha yaxşı idi. Amma, jurnalistin də əgər əlində tutarlı fakt yoxdursa, dirəniş göstərirsə, bunun özü etikaya uyğun deyil”.

Aynurə Demokrat.az

D
demokrat.az