Dünya Özəl

ABŞ Kremllə əlaqələri olan şəxslərə sanksiya tətbiq etdi

ABŞ Kremllə əlaqələri olan şəxslərə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Moldovada Kremllə əlaqələrə görə, 9 şəxsə və 12 təşkilata qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu barədə ABŞ Maliyyə NazirliyininXarici AktivlərəNəzarət İdarəsinin (OFAC) dərc etdiyi rəsmi məlumatda deyilir.

“Sanksiyatətbiq edilən fiziki və hüquqi şəxslər arasındaMoldovanın siyasi və iqtisadi institutlarını ələ keçirmək, korrupsiya ilə məşhur olan oliqarxlar, habelə Rusiya Federasiyasının qlobal təsir kampaniyasının aləti kimi çıxış edənlər var. Onlar ABŞ-ı, onun müttəfiqlərini və tərəfdaşlarını, o cümlədən Moldova və Ukraynanı manipulyasiya etməyə çalışır”, - sənəddə deyilir.

Sanksiyalar siyahısına Moldova Demokratik Partiyasının keçmiş formal lideri Vladimir Plahotnyuk da daxil edilib. Bundan əlavə, nüfuzlu vəzifələrdə çalışan və Moldovanı yenidən Kremlin təsiri altına salmağa çalışan digər populist siyasətçilərə də məhdudiyyətlər qoyulub. O cümlədən,Kremlyönlü siyasi fəaliyyətə dəstək məqsədilə Moldovada rüşvətxorluq və seçkilərin saxtalaşdırılması ilə məşğul olan şəxslərə və təşkilatlara qarşı da qadağalar tətbiq edilib.

Leyla Demokrat.az

D
demokrat.az