Gündəm Özəl

“Rusiya onun iradəsindən kənar baş verən proseslərin getməsindən məmnun deyil” — Oqtay Qasımov

“Rusiya onun iradəsindən kənar baş verən proseslərin getməsindən məmnun deyil” — Oqtay Qasımov

“Rusiya tərəfindən irəli sürülən üçtərəfli görüşlə bağlı təşəbbüs əlbəttə ki, Rusiyanın müəyyən narahatlıqları ilə bağlıdır. Rusiya son bir ildə Avropa Birliyinin Ermənistan-Azərbaycan arasında münasibətlərinin normallaşması istiqamətində müəyyən fəalllıq göstərir və bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Dörd dəfə tərəflər arasında birbaşa görüşlər təşkil olunub. Bu görüşlərin nəticəsində proses müəyyən qədər irəliləyib və bir mərhələyə qədər gəlib. Avropa Birliyinin, Qərbin Güney Qafqazda fəallaşması xüsusilə son dövrlər Ermənistanda baş verən proseslər və Ermənistan hakimiyyətin Qərblə əlaqələrini ciddi şəkildə artırması, son bir neçə ayda həm ABŞ, həm digər Qərb ölkələrin Ermənistana səfərlərin artması, Ermənistanın da Rusiyadan uzaqlaşma meyilləri, əlbəttə ki, Rusiyanı narahat edir. Və Ukrayna müharibəsi nəticəsində olduqca ağır vəziyyətə düşən və bölgədə təsir imkanları zəifləyən Rusiya onun iradəsindən kənar baş verən proseslərin getməsindən məmnun deyil. Ona görə də, müəyyən qədər bu prosesə yenidən qatılmaq və özünün burada yeni əsas dominant rol oynadığını göstərmək istəyir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

“Rusiya hesab edir ki, Güney Qafqazda olan təsir dairəsidir və belə də qalmalıdır. Təbii ki, tərəflərin də buna münasibəti maraqlıdır. Belə ki, Rusiya ilə Qərbin vasitəçilik funksiyalarında və prosesin irəli aparılmasında fərqlər görünməkdədir. Qeyd etdiyimiz kimi, Avropa Birliyinin son bir il ərzində vasitəçiliyi nəticəsində iki ölkıə arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılıb və əlbəttə ki, bunlar hələki natamam addımlardır, amma hər halda müəyyən məsafə qət edilib. Rusiyanın vasitəçiliyinə baxdığımızda 10 noyabr anlaşmasından iki il keçməsinə baxmayaraq, üçtərəfli bəyanatın böyük ölçüdə və ən ciddi bəndləri hələ də yerinə yetirilməyib. Bunlar həmin bəyanatın 4-cü maddəsidir ki, orada birmənalı şəkildə qeyd olunub ki, erməni silahlı birləşmələri Rusiya sülhməramlıların bölgədə yerləşməsi ilə əraziləri tərk etməlidirlər. Bugünə qədər də bu öhdəlik yerinə yetirilmir. İkincisi, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir ki, Rusiya burada da iki il müddətində Ermənistana ciddi şəkildə təzyiq göstərməyib. Göstərsəydi, əlbəttə ki, proseslər daha sürətli həyata keçə bilərdi və Zəngəzur dəhlizinin açılması istiqamətində sürətli işlər gedə bilərdi. Bu baxımdan Rusiyanın oktyabrın 31-nə təyin etdiyi görüşdə əlbəttə ki, Rusiya bir daha göstərmək istəyəcək ki, bu bölgədə əsas söz sahibidir”. Onun sözlərinə görə, Rusiyanın niyyəti iki ölkə arasında gərginliyin və qeyri-müəyyənliyin saxlanmasıdır.

“Belə olduğu halda, o, hesab edir ki, onun bölgədə təsir imkanları qalmaqda davam edəcək. Amma, görünən odur ki, dünyada proseslər ciddi şəkikldə dəyişir və artıq konkret olaraq Azərbaycan prezidenti bir neçə gün öncə Gürcüstanda da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanılandan sonra üçtərəfli formatsda: Azərbaycan-Gürcüstan-Erməınistan arasında əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu bir daha bəyan etdi. Bu istiqamətdə də addımlar atacağını bildiridi. Bu baxımdan baxsaq, əlbəttə ki, Rusiyanın konkret olaraq niyyəti, özünün Qərbin təşəbbüsü ilə aparılan prosesdə narazılığını açıq şəkildə göstərməsi və prosesi yenidən öz nəzarətinə almaq cəhdləridir”.

Aynurə Demokrat.az

D
demokrat.az