Media

Zeynəb Ədalətqızı: "Xəzər Media Mərkəzində sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait məni sevindirir" — VİDEO

Zeynəb Ədalətqızı: Xəzər Media Mərkəzində sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılan şərait məni sevindirir — VİDEO

…Gözləri ilə deyil, qəlbi ilə görən Zeynəb Ədalətqızı

O, bu dünyanın ədalətini təkcə atasının adında deyil, həyatda rastlaşdığı insanlarda da duydu. Ona qarşı münasibətdə, ünsiyyətdə, rəftarda hiss etdi bunu. Rastına çıxan hər kəs Zeynəbə xüsusi rəğbət, məhəbbət bəslədi. Çünki Zeynəb fərqli idi. Dünyagörüşü, ağlı və bir də hissiyyatı ilə...

7 yaşından görmə qabiliyyətini itirən “Asan Radio”nun əməkdaşı Zeynəb Ədalətqızı Xəzər Media Mərkəzinin əməkdaşları ilə söhbətdən sonra buraya gəlmək istəyini bildirdi və gəldi: “Xəzər Televiziyasında mənim kimi sağlamlıq imkanları məhdud əməkdaşlar çalışır. Onlara bu fürsətin yaradılması məni çox-çox sevindirir... Bu hal digər idarə və struktur rəhbərlərinə mütləq şəkildə örnək olmalıdır”.

“Arzular gerçəkləşir deyirlər, sadəcə buna inanmaq və tam gücünlə çalışmaq lazımdır”. Zeynəb Ədalətqızı bu cümlənin həqiqət olduğunu sübut edən bir uğur hekayəsinin qəhrəmanıdır.

D
demokrat.az