Xarici siyasət Özəl

“Belə bir dəhlizin yaradılması Türkiyə və Azərbaycana qarşı təsir vasitəsi rolunu oynayır” — Deputat

“Belə bir dəhlizin yaradılması Türkiyə və Azərbaycana qarşı təsir vasitəsi rolunu oynayır” — Deputat

“Ermənistan, İran və Bolqarıstan dövlətləri tərəfindən Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasına dair ilkin saziş imzalaması bilavasitə bu ölkələrin məkrli niyyətlərindən xəbər verir. Çünki belə bir dəhlizin yaradılması Türkiyə və Azərbaycana qarşı təsir vasitəsi rolunu oynayır. Məlumdur ki, bu gün İranın Azərbaycan və Türkiyə ilə münasibətləri normal deyil. İslam Respublikası sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Türkiyəyə rəğbət bildirdiyini ifadə etsə də, lakin əməldə tamamilə əks mövqe tutur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat əlavə edib ki, İran düşməniz olan Ermənistana daim maddi və mənəvi dəstək göstərir.

“Belə bir dəhlizin yaradılması Türkiyə və Azərbaycana qarşı təsir vasitəsi rolunu oynayır” — Deputat
“Bolqarıstanın özü də müəyyən məsələlərdə obyektiv mövqe ortaya qoymur. Belə bir dəhlizin yaradılmasına imzanın atılması da bunu sübut edir. Bu gün regionda İranın və Ermənistanın rolu tamamilə sülhün, əmin-amanlığın bərpasına deyil, işğalın, təcavüzün dəstəklənməsinə, müharibənin və qarşıdurmalaraın genişlənməsinə hesablanmışdır. İranın sərhədlərimizə yaxın ərazilərdə keçirdiyi hərbi təlimlər Ermənistanın hər gün törətdiyi tıxribatlar bunu deməyə əsas verir. İran güc nümayiş etdirir. Ermənistan revanşt götürmək məqsədilə səfərbərlik elan edir, yeni silahlar alır, sərhədlərə yeni qüvvələr toplayır. Əlbəttə, bu yolverilməzdir və beynəlxalq normalara ziddir. Ancaq Azərbaycan bütün təxribatların qarşısını almağa, düşmənlərini hər vasitə ilə susdurmağa qadirdir. Dövlətimizin hərbi gücü və iqtisadi inkişafı, Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız, birliyimiz bu gün düşmənlərimizi təşvişə salmaqdadır. Onların səmərəsiz birliklər yaratmağa, sazişlər imzalamağa vadar edir. Ancaq Azərbaycan dövləti yenə də sülhün tərəfdarıdır, işğala, təcavüzə qarşısıdır. Zəngilan Beynəlxalq Hava Limanın açılışı zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Türkiyənin prezidenti R.T.Ərdoğanın çıxışlarında bu bir daha aydın göründü. Bu çıxışlarda prezidentlər bir daha bəyan etdilər ki, onlar sülhün əmin-amanlığın tərəfdarıdır. Və bu barədə dünyaya öz mesajlarını verdilər”.

Aynurə Demokrat.az

D
demokrat.az