Yasamalda su borusu partlayan küçə təmizlənir.
Bakı Şəhər İcra Hakimiyyətindən Demokrat.az-a verilən məlumata görə, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları dərhal əraziyə gəlib və hazırda ərazidə təmizlik işləri aparılır.
Hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.





