Yaponiya Rusiyanın Ukraynanın müxtəlif bölgələrində mülki infrastruktura və insanlara qarşı raket hücumlarını, həmçinin nüvə şantajını pisləyir.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida çərşənbə axşamı Berlində Almaniyanın G7-yə sədrliyi və Avropa Komissiyasının himayəsi altında keçirilən Ukraynanın yenidən qurulması üzrə Beynəlxalq Ekspertlər Konfransında deyib.
“Yaponiya Rusiyanın mülki infrastruktura, Ukraynanın müxtəlif bölgələrində insanlara qarşı raket hücumlarını, həmçinin nüvə şantajını pisləyir.Və bunu heç nə ilə əsaslandırmaq olmaz.Hamımızın Ukraynanı birlikdə dəstəkləməyimiz, həmçinin Rusiyaya qarşı sanksiyaları dəstəkləməyimiz çox vacibdir”, - o vurğulayıb.
O, həmçinin bildirib ki, Yaponiya Ukraynanı istilik cihazları, generatorlarla təmin edir.
O, Yaponiyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb: “Gələn il Yaponiya G7-yə sədrlik edəcək və biz sülhün sürətlə bərpasına və Ukraynanın bərpasına töhfə vermək istəyirik.Yaponiya bu prosesə müsbət təsir etmək üçün əlindən gələni edəcək”, - deyə o bildirib.
Leyla Demokrat.az


