Xarici siyasət Özəl

Rusiya telekanallarında Azərbaycana qarşı davamlı təxribatların arxasında nə dayanır? — AÇIQLAMA

Rusiya telekanallarında Azərbaycana qarşı davamlı təxribatların arxasında nə dayanır? — AÇIQLAMA

“Rusiya telekanllarında Azərbaycana qarşı davamlı təxribatların arxasında müəyyən səbələr dayanır. İlk növbədə bu onun göstəricisidir ki, Rusiya hansısa məsələlərdə öz narazılığını bildirir. Xüsusən də, Ermənistan-Azərbaycan münaqişəsinə aid məsələlərdə bir növ bununla öz narazılığını ifadə edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bunun başqa səbəblərinin olduğunu da istisna etmədiyini diqqətə çatdırıb.

Rusiya telekanallarında Azərbaycana qarşı davamlı təxribatların arxasında nə dayanır? — AÇIQLAMA
“Bilirik ki, Azərbaycan indi Avropa İttifaqında enerji böhranının aradan götürülməsində bir faktor kimi tez-tez siyasi gündəmdədir. Ancaq Rusiyanın ümidi isə onunla bağlıdır ki, o, qaz böhranı nəticəsində ona qarşı tətbiq olunan sanksiyalar aradan götürüləcək. Əgər Avropa İttifaqı və Avropa ölkələri bu sanksiyaları götürmədən digər mənbələri istifadə edəcəklərsə, o cümlədən Azərbaycan qazından, onda təbii ki, bu, Rusiya maraqlarına ziddir. Yəni, bizdə olan konkret səbəblər bunlardır”.

Aynurə Demokrat.az

D
demokrat.az