Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciət edib. Müraciətdə qeyd edilir ki, internet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırıb.
Çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır: “Bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər. Bütün sosial media mənsublarını, bu platformanın fəallarını insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırırıq”. Mətbuat Şurasının məlum müraciəti ictimaiyyət tərəfindən xoş qarşılanır.
Azər Həsrət: “Mətbuat Şurasının məlum müraciəti Azərbaycan cəmiyyətinin narahatlığı kimi qəbul edilməlidir” 
Həmsöhbətimiz onu da əlavə etdi ki, biz sosial medianın azadlığını qəbul edirik, ancaq bununla yanaşı bu platformanın zərərli vərdişlərə görə istifadə olunması düzgün deyil: “Əldə olan imkanlardan faydalı şəkildə istifadə etmək lazımdır. İnsanları maarifləndirmək, doğru informasiyalar yaymaq lazımdır. Əks təqdirdə xoşagəlməz hadisələr yaşanır”.
Vasif Həsənli: “Bu cür addımlar mediamızın yeni dövrün çağırışları ilə ayaqlaşmasını sürətləndirəcək”
Hacıbəy Heydərli: “Sosial mediada hər kəs məsuliyyətini anlasa, informasiya təhlükəsizliyinə fərdi qaydada töhfə vermiş olar” 
Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli təəssüf hissilə qeyd etdi ki, insanların şəxsi həyat toxunulmazlığı, işğüzar nüfuzunun zədələnməsi, şər, böhtan tipli informasiyalar son zamanlar sosial şəbəkələrdə daha çox yayılır. Bundan başqa sosial mediada dezinformasiyalara, feyk xəbərlərə də rast gəlirik: “Bu da çox vaxt insanlar tərəfindən qınaqla qarşılanır və Azərbaycan mətbuatı haqda da neqativ fikirlər yaranır. Bilisiniz ki, hazırda informasiya məkanı genişlənib və sosial platformalar da xəbər istehsalçısı, xəbər yayımçısı rolunu oynayır. Azərbaycan jurnalistləri, peşəkar KİV-lər etik davranış qaydalarına riayət etsə də, sosial mediada bu prinsiplərin tez-tez pozulması hallarına rast gəlirik. Mətbuat Şurası da bütün bunlar nəzərə alaraq sosial şəbəkə istifadəçilərinə müraciət etdi. Bu müraciətin əsas məqsədi sosial mediada etik davranışlara, milli-mənəvi dəyərlərə, şəxsi həyat toxunulmazlığına çağırış etməkdən ibatətdir”. H.Heydərli hesab edir ki, cəza mexanizmlərinin dövriyyəyə girməsi birmənalı qaydada arzuedilməzdir. İlk növbədə maarifləndirmə tədbirləri olmalıdır ki, sosial media fəalları informasiyaları təhlil edib, düzgün nəticə çıxara bilsinlər. Bu müraciət sosial şəbəkə istifadəçilərinə tövsiyə xarakterlidir: “Düşünürəm ki, sosial mediada hər kəs məsuliyyətini anlasa, informasiya təhlükəsizliyinə fərdi qaydada töhfə vermiş olar”./Bakı Xəbər


