Əli Kərimlinin İran və Qərb sevgisi barədə bir yazı lazımdır bu günə
Ermənistanı sona qədər müdafiə edəcəyini prezident Emannuel Makron səviyyəsində elan edən Fransa Azərbaycana qarşı səlib yürüşünə başlayıb. Makronun sonuncu müsahibəsi də göstərdi ki, rəsmi Paris erməni maraqları uğrunda əlindən gələni edəcək. Fransa Senatında Azərbaycana qarşı qətnamə hazırlığı da bu istiqamətdə praktiki addımlardan biri hesab edilə bilər.
Bu gün Azərbaycana qarşı hücum edənlərdən biri Makrondursa, digəri AXCP sədri Əli Kərimlidir.
Əli Kərimli Makronun Azərbaycandakı sözçüsü olaraq, çıxış edir. Fransa prezidentinin “Franca 24” kanalına müsahibəsində Azərbaycan və Qarabağla bağlı ittihamlarını təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxır.
AXCP sədri iddia edir ki, Makron “Qarabağı mübahisəli ərazi” adlandırmayıb, amma Azərbaycan mətbuatı onun adından bu fikirləri tirajlayır.
Makron nə demişdi?
“Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmayan ərazidir. Azərbaycan çoxsaylı insan ölümü ilə nəticələnən dəhşətli müharibəyə start verdi və bu ərazinin böyük hissəsini ələ keçirdi”. “Biz erməniləri heç vaxt tərk etməmişik və heç vaxt tərk etməyəcəyik” deyən Makron müsahibəsində Azərbaycanı “hərbi cinayətlərdə” ittiham edir, Ermənistanı açıq şəkildə müdafiə edir.
Əli Kərimli isə Makronun müdafiəsinə qalxır. Deyir ki, “Makron Qarabağı “mübahisəli ərazi” adlandırmayıb, “Azərbaycan əraziləri yenidən özünə qaytarıb” deyib”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Makron “yenidən özünə qaytarıb” yox, “Azərbaycan bu ərazinin böyük hissəsini ələ keçirdi” deyir.
Ümumiyyətlə, Fransanın Azərbaycana münasibəti bəllidir. Münaqişənin mövcud olduğu 30 ilə yaxın dövrdə də, 44 günlük müharibə və sonrasında da bu ölkə Ermənistranın maraqları uğrunda mübarizə aparıb, bunu gizlətmir də. Əli Kərimli isə Makronun dediklərini Azərbaycan cəmiyyətinə başqa kontekstdə təqdim edir, onu haqlı çıxarmağa çalışır, hətta Makron, yaxud Fransanın hansısa rəsmisi, yaxud eksperti belə bu haqda danışmadığı halda AXCP sədri özünə əl qatıb.
Səbəb aydındır. AXCP sədri yenə Azərbaycan maraqlarını şəxsi və siyasi ambisiyaları naminə satmaqla məşğuldur. Bəllidir ki, Əli Kərimlinin Makronun müdafiəsini təşkil etməsi tapşırıq aldığı dairələrin sifarişidir, o da bəllidir ki, buna görə o, yaxşı “qonorar” da alır. Eyni xətti Əli Kərimlinin dəstəsi də davam etdirir.
Bu dəstənin sifarişlə hərəkət etdiyini isbat edən bir məqam da nəzərdən qaçmır. Belə ki, Makronun müsahibəsindən iki gün sonra Fransa prezidentini təndiq edən Qənimət Zahid daha sonra mövqeyini dəyişir və Makronun müdafiəsini təşkil edir.
Şübhəsiz ki, Əli Kərimli və dəstəsinə bağlı olduqları dairələrdən “müdafiə” haqda göstəriş gəlib və onlar dərhal əvvəl dediklərindən imtina edərək, kampaniyaya başlayıb.
Əli Kərimli və dəstəsi bir daha nümayiş etdirdi ki, onların “siyasi mübarizəsi” şəxsi maraqları – yaxşı “qonorar” almaq, Avropa paytaxtlarında yaxşı yaşamaq və s. – Azərbaycan maraqlarından üstündür. Bunun üçün hətta Ermənistanı da, Ermənistanı müdafiə edən Fransanı da haqlı çıxarmaqdan çəkinmirlər.
Bütün bunların fonunda Əli Kərimlinin Azərbaycan sərhədlərində hərbi təlimlər keçirən və rəsmi Bakıya qarşı təhdidlər irəli sürən İran haqda susması da diqqətdən yayınmır. Bu da səbəbsiz deyil, çünki Qərb dairələrinə bağlı olan AXCP sədri və dəstəsi həm də İran mollaları ilə yaxın təmasdadırlar. Bunu Nardaran və Gəncə hadisələrində sərgilədikləri mövqeləri ilə sübut ediblər. Göründüyü kimi, bu adamlar şəxsi və siyasi maraqları naminə bir yox, bir neçə “şeytanla eyni yatağa girməyə” hazırdırlar.
Zaur Hacılı Demokrat.az


