Siyasət Özəl

“Ermənistan bədəninin yarısını itirəcək” — Zərdüşt Əlizadə

“Ermənistan bədəninin yarısını itirəcək” — Zərdüşt Əlizadə

“Putin, Paşinya və İlham Əliyevin növbəti baş tutacaq görüşü sıradan olan bir görüşdür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Poiltoloq əlavə edib ki, Rusiya bununla bu regionda “mən varam” deyir.

“Bilirik ki, Ermənistanın bütün sahələri, xüsusən də, iqtisadiyyatı Rusiyadan asılıdır. Əhalisinin müəyyən bir hissəsi Rusiyada yaşayır və orada pul qazanaraq ailəsinə göndərir. Bütün bunlar da, Ermənistanı Rusiyadan o dərəcədə asılı vəziyyətə salıb ki, onun asanlıqla Rusiyadan qopması mümkün deyil. Düzdür, Ermənistan Rusiyadan qopa bilər. Amma, hesab edin ki, o zaman Ermənistan bədəninin yarısını itirəcək. Azı qətiyyətlə Rusiyadan qopmaq istəsə, Rusiya Azərbaycana deyəcək ki, Qarabağı götür. Yəni, Ermənistanın Rusiyadan asılılığı azalmır, əksinə artır. Düzdür, Ermənistan antirus meyilləri güclənir, amma bizdə əhalinin rəyi nəzərə alsaq, orada rusiyameyillilər daha çoxdur. Ümumiyyətlə, bu görüşü keçirtməklə, Rusiya bu regionda söz sahibi olduğunu göstərir”.

Aynurə Demokrat.az

D
demokrat.az