Gündəm Özəl

“İran Güney Azərbaycan türklərinin öz daxilindən qopmağa başladığını anlayıb” — Türkiyəli politoloq

“İran Güney Azərbaycan türklərinin öz daxilindən qopmağa başladığını anlayıb” — Türkiyəli politoloq

“İran yeni formalaşan geosiyasi reallıqda yaşadığı problemləri həll edə bilmədiyi üçün xaricdə daha fəal siyasət yürütməyə başladı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hüsamettin İnaç deyib. Politoloq qeyd edib ki, bu siyasət də əsasən xarici təhdidlərin yaradılmasına əsaslanır.

“Onun istifadə etdiyi əsas ritorika ondan ibarətdir ki, Azərbaycan İsraillə əməkdaşlıq edir. Bu da mənim məxfi məlumatlarımın və strateji sirlərimin İsrailə keçməsinə imkan verəcək. İran onsuz da ABŞ və İsrailin onun içindəki ictimai müzakirələri tətiklədiyini iddia edir. Bundan başqa, Azərbaycanın Zəngilan Beynəlxalq Hava Limanını açması, Zəngəzur dəhlizində sona yaxınlaşması və Ermənistanla yekun sülh sazişinə yaxınlaşmasını İran özünə təhdid hesab edir. Çünki İran heç vaxt regionda güclü Azərbaycanın olmasını istəmir. Xüsusilə o, Azərbaycanın Türkiyə ilə əməkdaşlıq edərək Cənubi Qafqazda geosiyasəti kəskin şəkildə dəyişəcəyini proqnozlaşdırır. Bu səbəbdən də İran Zəngəzur dəhlizinin Ermənistanla sərhədi aradan qaldıracağından, İranın logistik və tranzit ölkə kimi qazanclarının qarşısını alacağından narahatdır. Bütün bu hadisələri özünə qarşı qəbul edən və xüsusilə Güney Azərbaycan türklərinin öz daxilindən qopmağa başladığını anlayan İran Ermənistanla Azərbaycan arasında sülhün mümkün qədər qarşısını almağa, ya da gecikdirməyə sövq edir. Məhz Qafanda da tez-tələsik konsulluğun açılmasının əsas səbəbi də budur”.

Aynurə Demokrat.az

D
demokrat.az