Dünya

“Bundan sonra heç kim hakimiyyəti inhisara ala bilməyəcək” —TOKAYEV VƏD VERDİ

“Bundan sonra heç kim hakimiyyəti inhisara ala bilməyəcək” —TOKAYEV VƏD VERDİ

“Qazaxıstanda planlaşdırılan prezident seçkiləri yeni məsuliyyətli prezidentlik ənənəsi yaradacaq”.

Demokrat.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Tokayevin fikrincə, bu ənənə ali hakimiyyətin müntəzəm olaraq dəyişməsi mexanizmini yaradacaq: “Noyabrın 20-də keçiriləcək seçkilərin nəticələri yeddi illik müddətlə məhdudlaşan məsuliyyətli prezidentliyin yeni siyasi ənənəsini bərqərar edəcək”.

Tokayevin fikrincə, bu ənənə hakimiyyəti inhisara almaq cəhdləri qarşısında sədd qoyacaq: “Beləliklə, biz siyasi sistemimizin əsas institutlarını yenidən işə salacaq və gücləndirəcəyik. Uzunmüddətli dövlət quruculuğu üçün dayanıqlı vektor təyin edəcəyik”.

Qeyd edək ki, Qazaxıstan əhalisi ilk dəfə olaraq səlahiyyət müddəti 7 il olan və yenidən seçilmək hüququ olmayan prezident seçəcək.

D
demokrat.az