“Qafanda konsulluq açmaqla, İran açıq şəkil mesaj verdi ki, Ermənistanı dəstəkləyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Təbii ki, İranın Azərbaycana qarşı olan qorxusu əsassızdır. İran hesab edir ki, guya ki, Zəngəzurla Azərbaycan sərhədləri bağlayacaq. Ancaq orada söhbət yalnız dəhlizdən, yoldan gedir. Biz artıq Ermənistanla sülh sazişi üzərində işləyirik və sülh sazişinin əsas məqamları ondan ibarətdir ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Ümumiyyətlə, İran bizim zəfərdən sarsıntı keçirib və qələbəmizi qəbul etmək istəmir. Halbuki, rəsmi olaraq bizim təbrik edib. Ona görə də, bu oyunlar, mesajlar davam olur. Qafanda konsulluğun açılması ondan irəli gəlir. Guya ki, Azərbaycana belə bir mesaj verir ki, İran Ermənistanı dəstəkləyir. Onsuz da biz bilirik ki, dəstəkləyir”.
Aynurə Demokrat.az


