"Rusiya çarəsizlikdən Şimali Koreya ilə razılaşma variantını araşdırır".
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays məlumat verib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə çarəsizlikdən əsas resursların istehsalı üçün mənbə axtarır. Bu səbəbdən, KXDR ilə müqavilələr imzalamağa cəhd edir.
"Bütün bunlar Rusiyaya qarşı tətbiq etdiyimiz iqtisadi sanksiyaların, ixrac nəzarəti və digər tədbirlərin nəticəsidir" - deyə Prays vurğulayıb.
Jalə Demokrat.az


