“Ermənistan xarici işlər nazirinin Zəngəzur dəhlizinin açılması ilə bağlı, üçüncü dövlətlərin Azərbaycanı dəstəkləyirlər deməsi, reallığı etiraf etməsidir. Reallıq isə, ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması, bütün tərəflərin maraqlarına uyğundur və iqtisadi əməkdaşlığın bərpa olunması, böyük sülh sazişinin imzalanması ilə nəticələnə bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, bununla da regiona dayanıqlı sülh gələr və xalqlar arasında etimad mühiti formalaşar.

“Rusiya-Ukrayna müharibəsi yeni reallıqlar yaratmışdır. Onlardan biri Şərqlə Qərbi birləşdirən Orta Xətt marşrutunun bizim regiondan keçməsidir və Azərbaycanla yanaşı, Ermənistanda iqtisadi dividentlər əldə edəcəkdir. Əfsuslar olsun ki, yaranmış tarixi şəraitdən istifadə etmək əvəzinə Ermənistan siyasi rəhbərliyinin fəaliyyəti destruktiv xarakter daşıyır. Müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır, biz tərəfdən qəbulu mümkün olmayan alternativ marşrutlar təklif etməklə, spekulyativ davranışlar nümayiş sərgiləyir”.
Millət vəkili əlavə edub ki, burada təəssüf doğuran bir məsələ də cənub qonşumuz İranın aqressiv davranışlarıdır.
“Müharibədən dərhal sonra, Prezident İlham Əliyev regional əməkdaşllğın ideal formasını təklif etmişdi. “3+3” formatı region ölkələrinin hər birinin siyasi-iqtisadi maraqlarını təmin etməklə, davamlı sülh əldə olunacaqdı. İranın Zəngəzur dəhlizi ilə bağlı baxışları, nə iqtisadi, nədə ki, normal məntiqə sığmır. Əksinə, erməni millətçilərini dəstəkləməklə, iki qonşu xalq arasındakı münasibətlərə düşmənçilik toxumu səpir”.
Aynurə Demokrat.az


