Gündəm

"Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir" — Baş nazirin müavini

Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir — Baş nazirin müavini

"Bu il ərzində əmək haqlarının, təqaüdlərin artırılması nəticəsində 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb".

Demokrat.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan vətəndaşları gələcəyə inamla baxır:

"İndi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur". (ona.az)

D
demokrat.az