Daxili siyasət

Tahir Kərimlidən Natiq Cəfərliyə cavab: “Xətrini çox istəyirəm, amma...”

Tahir Kərimlidən Natiq Cəfərliyə cavab: “Xətrini çox istəyirəm, amma...”

“Natiq Cəfərlinin haqqımda dediklərinə baxmayaraq, ona hörmətim var. Açıq deyim, xətrini də çox istəyirəm. Amma bəzi şeyləri doğru deməyib. Məsələn, deyir ki, iki gündür, Tahir Kərimli parlamentdə çıxış edir. Mən cəmi iki dəqiqə çıxış etmişəm, necə iki gün olur? Yaxud da deyir ki, ancaq padşahlar, monarxiya, avtoritar, totalitar rejimlər hər doğulan uşağa yardım ayırırlar. Onda Norveç totalitar rejimdir, vətəndaşı üçün adam başına 150 min dollar ayırır?”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Bunların səhvləri ondadır ki, başa düşmürlər. Mənim təklifimə görə, ayrılan məbləğ ailələrin hesablarına oturacaq, nağd şəkildə verilməyəcək. Buna görə də inflyasiya söhbəti doğru deyil. Natiq Cəfərlinin bu cür çıxışlarına görə təəssüf edirəm. Malı-mala qatmayaq. Onun öz təklifləri də faydalıdır, amma mənim təkliflərimə dəxli olmayan, tamam başqa təkliflərdir”, - deputat bildirib.

D
demokrat.az