Siyasət Özəl

“Azərbaycan və Türkiyə qitələri birləşdirən yeni sistemi formalaşdırır” — Asim Mollazadə

“Azərbaycan və Türkiyə qitələri birləşdirən yeni sistemi formalaşdırır” — Asim Mollazadə

“Zəngilan Hava Limanının açılması Azərbaycanın növbəti uğuru və zəfəridir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat daha sonra bunları əlavə edib:

“Zəngilanın işğaldan azad olunmasından iki il keçəndən sonra Zəngilan Hava Limanının açılışının olunması onu göstərir ki, Azərbaycan və Türkiyə birgə bölgəmizi sülh, tərəfdaşlıq əmin-amanlıq bölgəsinə çevirəcəklər və buna qadirdilər. Böyük infrastruktur layihələri, enerji layihələri və təbii olaraq təhlükəsizlik sisteminin formalaşmasında bizim birgə fəaliyyətimiz bölgə üçün, bütün ölkələr üçün ciddi imkanlar yaradır. Azərbaycan və Türkiyə qitələri birləşdirən yeni sistemi formalaşdırır. Eyni zamanda, bizim birliyimiz barəsində dünyaya bu çox mühüm mesajdır. Azərbaycan və Türkiyənin əsas marağı bölgədə sülhü, sabitliyi bərpa etmək və bölgəni əməkdaşlıq, tərəfdaşlıq bölgəsinə çevirməkdir”.

Aynurə Demokrat.az

D
demokrat.az