Dünya

Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların iştirakı ilə piket keçirilib — VİDEO

Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların iştirakı ilə piket keçirilib — VİDEO

Fransanın Moskvadakı səfirliyi qarşısında Azərbaycan diasporundan olan qadın və uşaqların iştirakı ilə aksiya keçirilib. Bu barədə 19 oktyabr tarixindəAZfrontTelegram səhifəsi xəbər verib.

Məlumatda qeyd olunur ki, piket iştirakçıları əllərində İkinci Qarabağ müharibəsi zamanı Gəncə və ölkənin digər şəhərlərinə raket atəşi nəticəsində həlak olan uşaqların şəkillərini tutublar.

Transparantlarda isə “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi yazılar qeyd olunub.

Həmçinin piket iştirakçıları Fransa Senatına və xalqına ünvanlananpetisiyanın emblemini əks etdirən plakatlar nümayiş ediblər.

Petisiyanın azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

https://www.mesopinions.com/petition/politique/appel-nom-peuple-azerbaidjanais-senat-peuple/189012

D
demokrat.az