İndoneziyada təmir işləri aparılan məscid yanıb.
Demokrat.az xəbər verir ki, yanğın paytaxt Cakartada İslam Mərkəzi məscidində bərpa işləri aparılarkən baş verib.
Nəticədə məscidin günbəzi uçub.
Yanğına çoxlu sayda yanğınsöndürən müdaxilə edib. Həmçinin, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Səlahiyyətlilər yanğın zamanı ölən və ya xəsarət alan olmadığını bildirib. Sakinlərə pəncərələri bağlı saxlamaq tapşırılıb və ərazidən uzaq durmağa çağırış edilib.
Jalə Demokrat.az


