Gündəm Özəl

“Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi həm cinayətdir, həm də savaş səbəbidir”

“Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi həm cinayətdir, həm də savaş səbəbidir”

“Ermənistanın baş naziri 10 noyabr anlaşmasını pozaraq Azərbaycanla sərhəddə üç keçid məntəqəsi qurulmasını təklif edir. Bu, təbii ki, qəbul edilən təklif deyil. Çünki ilk növbədə bu 10 noyabr anlaşamasının şərtlərinə ziddir və Ermənistanın götürdüyü öhdəliklərə uyğun deyil. Çünki orada konkret olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin yaradılmasından söhbət gedir. Bu əlaqənin yaradılması üçün şərtlər müəyyən olunub. Bu şərtlərə görə, Ermənistan nəqliyyat vasitələrinin və vətəndaşlarının sərbəst hərəkətlərinə təminat verir və onların bu hərəkətinin daimiliyini Rusiya sərhədçilərinə həyata keçirdir. Ermənistan ərazisində Rusiya sərhədçiləri yalnız İran və Türkiyə sərhədlərində dayanırlar. İranın Ermənistanda yalnız bir istiqamətdə sərhədi var. Bu da Mehri rayonudur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloqun sözlərinə görə, bu da ilk olaraq 10 noyabr anlaşamasında nəzərdə tutulan plandan kənara çıxmaqdır.

“Kommunikasiya xətləri seçilərkən əsas diqqətə alınar faktor həmin nəqliyyat-kommunikasiya xətlərində, nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini artması yükdaşımaların həcminin artması və hərəkətin asanlaşması, eyni zamanda təhlükəsizlik məsələsinin təmin olunmasıdır. Bu baxımdan Paşinyanın təklif etdiyi 3 ərazidəki kommunikasiya xətləri qəti şəkildə standartlara cavab vermir. O baxımdan ki, bu ərazilər sərt və mürəkkəb relyefi üçün nə yükdaşımalar üçün, nə nəqliyyat vasitələrinin rahat, intensiv hərəkəti üçün uyğun bir ərazidə deyil. Digər tərəfdən bu ərazilər beynəlxalq standartlara cavab vermir. Beynəlxalq yükdaşımaların orada həyata keçirilməsi imkansızdır. Yəni, bu baxımdan Paşinyanın bu təklifi absurd və qəbul edilən deyil”.

“Azərbaycan açıq şəkildə bildirib ki, Ermənistan 10 noyabr anlaşmasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər Ermənistan Silahlı Qüvvələrin Qarabağ ərazisindən qalıqlarının çıxarılması və digər məsələ Mehri ərazisindən keçəcək Zəngəzur dəhlizinə nəhayət şərait yaradılmasıdır. Digər tərəfdən biz nəzərə almalıyıq ki, Paşinyan 6 ay öncə bildirmişdi ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin Ermənistan ərazisindən keçən hissəsinin bərpası ilə bağlı hökumət proqram qəbul edib, qiymətləndirmə aparıb. Bu qiymətləndirməyə görə, hökumətdən həmin hissəsinin təmiri üçün 2 milyon vəsait tələb olunur ki, Ermənistan hökuməti də bu vəsaiti axtarışındadır və onu həll etmək niyyətindədir. Demək ki, Paşinyanın niyyəti burada məsələnin həlli deyil, məsələni çətinliyə salmaq, prosesə əngəl törətmək, bura başqa marağı olan və bu prosesi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyən dövlətləri də prosesə cəlb edərək Azərbaycana təzyiq göstərmək vəhal-hazırda üzərində iş aparılan sülh müqaviləsinin sənəsdə özünə uyğun şərtlərin yaranmasına, yaxud elə bir uyğun şərtlərin yarandığı dövrdən özünə daha çox dividend götürməkdən irəli gəlir. Azərbaycan nə edə bilər? Azərbaycan 10 noyabr anlaşması verdiyi imkanlardan istifadə edərək, Ermənistandan öhdəliklərin yerinə yetirilməsini tələb edə bilər”.

“Əgər Ermənsitan bunu etməyəcəksə, beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi həm cinayətdir, həm savaş səbəbidir. Ermənistan bunun nəticələrini görəcək. Ermənistan bilməlidir ki, Zəngəzur dəhlizi açılmasına qarşı durmaq onun imkanları daxilində deyil. Çünki bu beynəlxalq güclərin marağındadır və Şərq-Qərb nəqliyyat dəhlizinin ortası sayılır. Bu ərazilərdə Asiyadan Avropaya və əksinə böyük miqdarda yüklərin daşınması nəzərdə tutulur ki, bu da Ermənistanın öz üzərinə götüdüyü öhdəlikləri vadar edəcək. Çünki bu xəttin açılmasına Azərbaycan Türkiyə ilə bərabər Rusiyanın, Çinin, Avropanın bir çox ölkələrinin maraqları var. Ermənistanın da bu güclərə qarşı imkanı yoxdur. Bu yol, dəhliz sonunda açılacaq. Bu dəhliz xoşluqla olmayacaqsa, Ermənistan buna vadar ediləcək”.

Aynurə Demokrat.az

D
demokrat.az