"Vaqner" əsgərlərinin yarısı məhbuslardan ibarətdir Demokrat.az xəbər verir ki, bu iddia ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.
Baş Qərargah qeyd edib ki, verdiyi ağır itkilərə görə Rusiya Federasiyası məhbuslardan getdikcə daha çox istifadə edir. İddialara görə, “Vaqner” özəl hərbi şirkətdə bu kateqoriyadan olan muzdluların yarısından çoxunu təşkil edir.
Qeyd edək ki, hələ bir müddət əvvəl "Vaqner" in yaradıcısı şəxsən Rusiya koloniyalarından birinə gələrək əsirləri “azadlıq” müqabilində müharibəyə getməyə təşviq edirdi.
Jalə Demokrat.az


